Kayıtlar

İnformatika Olimpiadasının qalibləri açıqlandı

Resim
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinə böyük önəm verildiyini, bu sahə üzrə yüksəkixtisaslı, elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların hazırlanmasına tələbatın olduğunu bildirib. Akademik bildirib ki, bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. Paytaxt və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Alim, həmçinin qeyd edib ki, cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunub. Ölkəmizdə bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinə ehtiyac duyulduğunu deyən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib.

Bizim də Şəkimiz var!

Resim
Azərbaycanın da bir çox ölkələr kimi gözəl yerləri, tarixi abidələri var. Bunlardan biri də qədim şəhərlərimizdən biri olan Şəki şəhəridir. AGAT'ın "Blogger-Vlogger; Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı bilib-bilmədiklərimiz" layihəsi çərçivəsində 18 fevralda Şəki səfərinə çıxdıq. Bir çox yerlərə getdik, tarixi abidələrimizi ziyarət etdik, onların tarixləri ilə tanış olduq. Şəkinin gözəlliyinə heyran olmamaq əldə deyildi. Karvansaray, Şəki xan sarayı, Kiş kəndində Alban kilsəsi və s. yerləri ziyarət etdik.  Şəki şəhərində çox maraqlı məlumatlar topladım amma bəzi maraqlı nüanslar var ki, demədən keçə bilməyəcəm. Biz eyni ləhçə sansaq da Şəkidə düz 18 ayrı ləhçə varmış. Tam 21 fərqli şiriniyyat növü Şəki şəhərinə məxsusmuş və Şəki sakinlərinin dediyinə görə bu şiriniyyatları Şəkililərdən başqa heç kim düzgün bişirə bilmirmiş. Çox maraqlıdır.. Səfərimizin sonunda Şəkinin məşhur şiriniyyatlarından dadmaq üçün "Yəhya dayı" adlı şiriniyyat dükanına üz tutduq. Dü…