Kayıtlar

Şubat, 2018 tarihine ait yayınlar gösteriliyor

Bizim də Şəkimiz var!

Resim
Azərbaycanın da bir çox ölkələr kimi gözəl yerləri, tarixi abidələri var. Bunlardan biri də qədim şəhərlərimizdən biri olan Şəki şəhəridir. AGAT'ın "Blogger-Vlogger; Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı bilib-bilmədiklərimiz" layihəsi çərçivəsində 18 fevralda Şəki səfərinə çıxdıq. Bir çox yerlərə getdik, tarixi abidələrimizi ziyarət etdik, onların tarixləri ilə tanış olduq. Şəkinin gözəlliyinə heyran olmamaq əldə deyildi. Karvansaray, Şəki xan sarayı, Kiş kəndində Alban kilsəsi və s. yerləri ziyarət etdik.  Şəki şəhərində çox maraqlı məlumatlar topladım amma bəzi maraqlı nüanslar var ki, demədən keçə bilməyəcəm. Biz eyni ləhçə sansaq da Şəkidə düz 18 ayrı ləhçə varmış. Tam 21 fərqli şiriniyyat növü Şəki şəhərinə məxsusmuş və Şəki sakinlərinin dediyinə görə bu şiriniyyatları Şəkililərdən başqa heç kim düzgün bişirə bilmirmiş. Çox maraqlıdır.. Səfərimizin sonunda Şəkinin məşhur şiriniyyatlarından dadmaq üçün "Yəhya dayı" adlı şiriniyyat dükanına üz tutduq. Dü…