Bizim də Şəkimiz var!

Azərbaycanın da bir çox ölkələr kimi gözəl yerləri, tarixi abidələri var. Bunlardan biri də qədim şəhərlərimizdən biri olan Şəki şəhəridir. AGAT'ın "Blogger-Vlogger; Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı bilib-bilmədiklərimiz" layihəsi çərçivəsində 18 fevralda Şəki səfərinə çıxdıq. Bir çox yerlərə getdik, tarixi abidələrimizi ziyarət etdik, onların tarixləri ilə tanış olduq. Şəkinin gözəlliyinə heyran olmamaq əldə deyildi. Karvansaray, Şəki xan sarayı, Kiş kəndində Alban kilsəsi və s. yerləri ziyarət etdik. 
Şəki şəhərində çox maraqlı məlumatlar topladım amma bəzi maraqlı nüanslar var ki, demədən keçə bilməyəcəm. Biz eyni ləhçə sansaq da Şəkidə düz 18 ayrı ləhçə varmış. Tam 21 fərqli şiriniyyat növü Şəki şəhərinə məxsusmuş və Şəki sakinlərinin dediyinə görə bu şiriniyyatları Şəkililərdən başqa heç kim düzgün bişirə bilmirmiş. Çox maraqlıdır..
Səfərimizin sonunda Şəkinin məşhur şiriniyyatlarından dadmaq üçün "Yəhya dayı" adlı şiriniyyat dükanına üz tutduq. Dükanın maraqlı ab-havası, dizaynı vardı. Şiriniyyatlarından daddıq və hər kəs çox bəyəndi. Həqiqətən də dedikləri qədər varmış..
Hər zaman xaricə getməyə meyl etmişik öz ölkəmizin gözəlliklərindən xəbərsiz.. İndi isə rahatlıqla deyə bilərəm; "Onların  Castle Combe'si varsa, bizim də Şəkimiz var!
   Təşəkkürlər, AGAT!




Yorumlar

Bu blogdaki popüler yayınlar

İnformatika Olimpiadasının qalibləri açıqlandı